Modern.az

Ərəblər ölkəmiz haqqında nə deyirlər - Səfirdən AÇIQLAMA

Ərəblər ölkəmiz haqqında nə deyirlər - Səfirdən AÇIQLAMA

Aktual

3 Sentyabr 2021, 08:36

“2019-cu ildə Körfəz ölkələri arasında Azərbaycana ən çox turist Səudiyyə Ərəbistanından gəlib. Belə ki, bir il ərzində ölkəmizə gələn turistlərin sayı 108 min nəfər olub”.

 

Bunu Modern.az-a Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev bildirib.

 

Səfir hazırda ərəb turistlərin sayının azalmasından da danışıb:

 

“2020-ci ildə koronavirus pandemiyasının meydana gəlməsi və səyahətlərin məhdudlaşdırılması ilə Azərbaycana gələn ərəb turistlərin sayı azalıb. Şübhəsiz ki, ölkəmizin tanıdılmasında turizmin böyük rolu vardır. Bu gün Səudiyyə Ərəbistanında istər dövlət rəsmiləri, istərsə də sadə vətəndaşlarla görüşəndə Azərbaycandan olduğunuzu söyləmək onların ölkəmiz haqqında xoş təəssüratlarını sizinlə bölüşməsi üçün kifayət edir”.

 

Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin Modern.az-a geniş müsahibəsini yaxın saatlarda oxuya bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü