Modern.az

Baş Prokurorluq vakant yerlərə müsabiqə elan edib

Baş Prokurorluq vakant yerlərə müsabiqə elan edib

Təhsil

15 Fevral 2010, 12:23

Baş Prokurorluğu yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi Xidmətinə vakant vəzifələr üzrə ali təhsilli və iş təcrübəsi olan işçilərin işə qəbulu elan edilib.

Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, müsabiqəyə baş mütəxəssis (sistem administratoru) - 1 yer, baş mütəxəssis (şəbəkə administratoru) - 2 yer, baş mütəxəssis (mühəndis-proqramçı) - 2 yer, mütəxəssis (şəbəkə mühəndisi) - 1 yer çıxarılıb. İşə qəbulla əlaqədar namizədlər 2010-cu il martın 1-dək Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edə bilərlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır