Modern.az

Cinsi azlıq nümayəndəsi Bakıda məşhur gözəllik mərkəzini DAĞITDI

Cinsi azlıq nümayəndəsi Bakıda məşhur gözəllik mərkəzini DAĞITDI

Hadisə

3 Sentyabr 2021, 11:50

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN)  mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

 

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

 

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, cinsi azlığın nümayəndəsi olan Anna Tağıyeva kimi tanınan şəxs bu dəfə məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın edib. N.İbrahimova gözəllik mərkəzinə beş min manatdan çox maddi ziyan dəydiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub