Modern.az

“Prezident Ərdoğana deyəndə ki, orada da otel olacaq…” 

“Prezident Ərdoğana deyəndə ki, orada da otel olacaq…” 

3 Sentyabr 2021, 12:52

“Nahaq yerə deməyiblər ki, Şuşaya sahibsənsə, bütün Qarabağ sənindir”

 

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu  Şuşa səfəri ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

Uzun illərdən sonra Qarabağa gedən söz ustadı ermənilərin Şuşaya həsrətlə baxdıqlarını söyləyib:

 

“Ermənilər bizə necə həsrətlə, yazıq-yazıq baxırdılar. Çünki onlar doğurdan da acınacaqlı vəziyyətdə yaşayırlar. Bizim gülüb-danışmağımızı, bahalı maşınlarımızı görüb hansı hissləri keçirdiklərini anlaya bilirdik. Təsəvvür edin ki, nəfəs qədər yaxın olan bir yerdə xoşbəxt xalq yaşayır, tikir, gələcəyə gedir. Sən isə ancaq qara fikirlərlə qonşuna baxırsan. Həyatını mənasız şəkildə başa vurub, cəhənnəmə gedirsən. Onların vəziyyəti bu gündədir. Möhtəşəm quruculuq işləri bunların gözü qabağında baş verir.

 

Şuşa gecələr işıqlı, möhtəşəm görünür. Xankəndidə yaşayan ermənilər bunu yaxşı görürlər.  Elə bil Qarabağda yeni bir ulduz doğulub. Mən nağıllara inanmıram, tarix kitablarında yazılsaydı ki, bir il keçməmiş  bu qədər işlər görüləcək, inanmazdım. Nə qədər mədəniyyət abidələri yenidən istifadəyə verilib. Şuşada həyat qaynayır. Ümumiyyətlə, insanda fərəh başqa şeydir. İnsan fərəhli olanda gördüyü iş də gözəl olur. Mən orada görürdüm ki, tikinti işçiləri, mühəndislər necə həvəslə işləyirlər, Şuşanın gələcəyini düşünüb, öz töhfələrini verirlər”.

 

 

Baba Vəziroğlu tezliklə Xankəndinə də qayıdacağımıza əminliyini ifadə edib:

 

“Biz əminik ki, Xankəndiyə qayıdacağıq. Prezident də çıxışında bunu bildirib. Böyük siyasətçi heç vaxt söz gəlişi belə ifadə işlətməz. Dünyanın ən böyük siyasətçilərindən Ərdoğana deyəndə ki, otel orada da olacaq, mən artıq o zaman əmin idim ki, tezliklə biz yenidən bu ovqatla Xankəndidə olacağıq. Oranı da Şuşa kimi möhtəşəm şəhərinə çevirəcəyik. Bütün dünyaya Qarabağın gözəl incisi kimi təqdim edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı