Modern.az

Hansı vaksinə etibar edirsiniz? - SORĞU

Hansı vaksinə etibar edirsiniz? - SORĞU

3 Sentyabr 2021, 13:07

Dünya dövlətləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) pandemiyasının qarşısında hələ ki acizdir.

Görülən tədbirlərə baxmayaraq, virusa yoluxmaya son qoymaq mümkün olmur.

Hazırda vəziyyətdən ən yaxşı çıxış yolu kimi virusa qarşı peyvənd olunmaq göstərilir.

Amma vaksin vurdurmaqla da kifayətlənmək olmaz. Çünki mütəxəssislər deyirlər ki, vaksin yoluxmadan qorumur, xəstəliyi yüngül keçirməyə kömək edir, ölməyə qoymur.

İndi koronavirusla mübarizədə ən əsas tələblər bunlardır: maska taxın, sosial məsafə gözləyin, əllərinizi tez-tez spirtləyin - sabunla yuyun və vaksin vurdurun.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. 2020-ci il martın 24-dən isə ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunur. Ötən müddətdə xüsusi karantin rejimi bir qədər yumşaldılıb, əvəzində cərimələr sərtləşdirlib, bəzi yerlərdə COVID pasportu tələb olunur.

Hazırda ölkədə karantin rejimi ilə bağlı əsas qaydaları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah müəyyənləşdirir, koronavirusla mübarizə tədbirləri barədə qərarlar verir.

Operativ Qərargahın qərarı ilə Azərbaycanda vaksinasiya 2021-ci il yanvarın 18-dən başlanıb.

Müşahidələr göstərir ki, peyvənd olunmaq istəyənlərdə suallar yaranır: hansı vaksini seçim, hansı vaksin daha effektlidir və s...

Hazırda Azərbaycanda 4 vaksindən istifadə olunur. Bunlar aşağıdakılardı

Britaniyanın kəşf etdiyi və İsveçrədə istehsal olunan “AstraZeneca”;
ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə istehsalı olan “Pfizer”;
Rusiya istehsalı olan Sputnik V”;
Çin istehsalı olan “Sinovac”.

Elə Modern.az saytında budəfəki sorğu da koronavirusla mübarizədə tətbiq olunan vaksinlərlə bağlıdır:

“Hansı vaksinə etibar edirsiniz?”

Saytımızın əsas səhifəsindəki (sağdan aşağıda) “Sorğu” bölməsindəki “Hansı vaksinə etibar edirsiniz” sualını cavablandırmaq üçün sizə təqdim edilən variantlardan birinə səs verməyiniz xahiş olunur:

“AstraZeneca”
“Pfizer”
“Sputnik V”
“Sinovac” 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu