Modern.az

Zəfər Günü əfvin olması TƏKLİF EDİLİR

Zəfər Günü əfvin olması TƏKLİF EDİLİR

Aktual

3 Sentyabr 2021, 13:34

“Zəfər Günü Azərbaycanın ən önəmli bayramı hesab olunur. Həmin gündə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirlə qarşılanacaq”.

 

Bunu Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

 

Deputatın sözlərinə görə, əfv sərəncamının Zəfər Günü verilməsi ilə bağlı təklif səsləndirilə bilər:

 

“Zəfər Günü tarixə düşdü. Tam əminəm ki, dövlətimiz və millətimiz yaşadıqca biz bu günü hər il yüksək təntənə ilə qeyd edəcəyik. Belə tarixi günlərdə ölkə prezidentinin böyük əhəmiyyətli, humanist xarakter daşıyan sərəncamları diqqəti cəlb edir. Xüsusilə, Zəfərimizin birinci il dönümündə keçirdiyimiz bayram ərəfəsində bu və buna bənzər humanist sərəncamların verilməsini istisna etmirəm”.

 

F.Ağamalı hesab edir ki, əfv sərəncamı imzalanarsa, insanlar tərəfindən çox müsbət qarşılanacaq:

 

“Zəfər Günü ilə tarixi qələbəmizi gələcək nəsillərə ötürəcəyik. Ən önəmli bayramımıza görə əfv sərəncamının imzalanması, digər humanist addımlar gələcəkdə də ənənə olaraq davam etdiriləcəkdir”.

 

Əfv Məsələləri üzrə Komissiyanın üzvləri Fazil Mustafa və Rəşad Məcid də Zəfər Günü münasibətilə əfv sərəncamının verilməsi təklifini müsbət qarşılayıblar.

 

Qeyd edək ki, bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək. Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki ay vaxt qalıb. Qarabağ Zəfərinin möhtəşəm tədbirlərlə qeyd ediləcəyi gözlənilir.

  

Zəfər Günü münasibətilə gözlənilən humanist addımlardan biri də əfv sərəncamıdır. Belə ki, 8 noyabr – Zəfər Günü ərəfəsində əfv sərəncamının verilməsi gözlənilir və bununla bağlı təkliflər səsləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər