Modern.az

Moskva yenə “Qarabağ Respublikası” ifadəsini işlətdi – FOTOFAKT

Moskva yenə “Qarabağ Respublikası” ifadəsini işlətdi – FOTOFAKT

Qarabağ

3 Sentyabr 2021, 13:44

Rusiyanın dövlət satınalmaları sferasında vahid informasiya sistemində (zakupki.gov.ru) Azərbaycanla bağlı təxribata yol verilib.

 

Modern.az xəbər verir ki, sistemin satınalmalar bölməsində Rusiya Müdafiə Nazirliyinin elanı yerləşdirilib.

 

Nazirlik Dağlıq Qarabağdakı sülhməramlı kontingentin hərbi şəhərciklərində yaşayış fonduna kompleks xidmət üçün qapalı müsabiqə elan edib. Xidmətin ilkin qiyməti 151 414 088 rubl dəyərində qiymətləndirilib.

 

Diqqət çəkən məqam müsabiqə ilə bağlı elanda “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlənməsidir.

 

“Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ Respublikası"nda yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna kompeks işlərin təşkil olunması xidmətinin göstərilməsi”- elanın obyekti barədə məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır