Modern.az

Lavrov üçtərəfli razılaşmanın pozulmadığını DÜŞÜNÜR

Lavrov üçtərəfli razılaşmanın pozulmadığını DÜŞÜNÜR

3 Sentyabr 2021, 14:22

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ məsələsindən danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, “Yeni bilik” təhsil marafonu iştirakçıları ilə görüşdə çıxışı zamanı üçtərəfli razılaşmanın icrasından söz açıb.

 

“Ötən il barədə danışarkən, prezidentimizin Cənubi Qafqazda hərbi əməliyyatları dayandırmaq üçün səyləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əldə olunan razılaşmalardan danışmaya bilmərik. Bu işlər Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, həmçinin, bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını təmin edəcək iqtisadi blokun iştirakı ilə uğurla həyata keçirilir”, -deyə Lavrov çıxışında vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir