Modern.az

Lavrov: “Müharibə bitib, Ankara ilə Yerevan sərhədləri açmalıdır”

Lavrov: “Müharibə bitib, Ankara ilə Yerevan sərhədləri açmalıdır”

3 Sentyabr 2021, 15:34

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Yeni bilik” təhsil marafonunda çıxış edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatdığını, Ankara ilə Yerevanın yaxınlaşmalı olduğunu düşünür.

 

“Dağlıq Qarabağda müharibə bitəndən və bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün siyasi zəmin yaranmasından sonra Yerevan ilə Ankara arasında münasibətlərin normallaşması səylərinin bərpa olunması məntiqlidir. Moskva bu prosesə ən fəal formada dəstək olmağa hazırdır”, -deyə Lavrov söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir