Modern.az

Dairə seçki komissiyalarına yeni sədr və katiblər seçildi

Dairə seçki komissiyalarına yeni sədr və katiblər seçildi

3 Sentyabr 2021, 16:20

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov xatırladıb ki, ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.

 

MSK sədri onu da bildirib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır:

 

“Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrin komissiyaların üzvləri heç bir sençki komissiyasında üzv kimi iştirak edə bilməzlər. Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir