Modern.az

Azərbaycanda koronavirusdan vəfat edən hakimlər - FOTOLAR  

Azərbaycanda koronavirusdan vəfat edən hakimlər - FOTOLAR  

4 Sentyabr 2021, 10:40

Son vaxtlar digər ölkələrdə olduğu kimi, Azəbaycanda da koronavirusa yoluxma və ölüm halları artmaqdadır. 

 

İndiyədək ölkəmizdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 53 210 nəfərdir.

 

Təhlükəli virusa yoluxan və bu səbəbdən həyatlarını itirənlər arasında məhkəmə hakimləri də var.

 

Modern.az koronavirusdan vəfat edən hakimlərlə bağlı məlumatları təqdim edir:

 

 

Ötən ilin iyun ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov 55 yaşında koronavirusdan vəfat edib.

 

N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirib.

 

 

Bu ilin yanvar ayında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov 57 yaşında koronavirusdan həyatını itirib.

  

İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb. 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.

 

 

 

Cari ilin aprel ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov 62 yaşında koronavirusdan dünyasını dəyişib.

  

Rəşid Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. O, 1986-1992-ci illərdə Ağdam rayon Hüquq Məsləhətxanasında vəkili, 1992-1996-ci illərdə Qarabağ Qarnizonu Hərbi Prokurorluğunda müstəntiqi, böyük müstəntiqi, 1996-1999-cu illərdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində böyük müstəntiqi, 1999-2008-ci illərdə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, böyük prokuror-metodist vəzifələrində işləyib. 2008-ci ildən isə hakimlik fəaliyyəti ilə məşğul olub.

  

2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. R.Hüseynov 2013-cü ildən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 

 

 

2020-ci ilin dekabr ayında Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Fuad Soltanov 48 yaşında koronavirusdan vəfat edib.

 

Qeyd edək ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi