Arxiv
4 Sentyabr 2021, 10:46 | ÖLKƏ
Prezident qızıl medal qazanan idmançılarımızı TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

 

Paylaşımda deyilir:

 

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv