Modern.az

Tələbə adı qazanan JURNALİST ÖVLADLARI

Tələbə adı qazanan JURNALİST ÖVLADLARI

Media

4 Sentyabr 2021, 12:28

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Ümumilikdə ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Modern.az xəbər verir ki, bu il tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var.

                           

Dövlət Turizm Agentliyinin (DTA) müşaviri Kənan Quluzadə tələbə atası olanlar sırasındadır:

 

“Oğlum Vidadi tələbə oldu. Mərkəzi və Şərqi Avropa üzrə mütəxəssis olacaq Allahın köməyi ilə. Fəxr! Bütün tələbə valideyinlərini təbrik edirik!”

 

Jurnalist Elxan Şükürlü də tələbə atasıdır:

 

“Fransız yazıçısı Anatol Fransın çox sevdiyim bir fikri var: "Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yenidən yaşaya bilər".

 

Şeytanın silahıyla - koronavirusla vuruşduğumuz bir vaxtda, ümidlə gözlədiyimiz xəbər gəldi - oğlum Şükran Şükürlü 526 balla ADA Universitetinin "Kommunikasiya və rəqəmsal media" ixtisasına qəbul olub!

 

Əminəm ki, azadlıqsevərlikdə və sözübütövlükdə özümdən önə keçməyi bacarmış bu gənc mənim zorən gəldiyim və 23 ildir içərisində olduğum media, informasiya sektorunu daha dərindən öyrənmək, yaxşı təhsil almaq imkanı əldə edərək, ölkəsinə, millətinə faydalı bir mütəxəssisə çevrilməyi də bacaracaq”.

 

Memarlıq və İnşaat Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu tələbə adını qazanıb:

 

“Oğlum Fərid Məmmədov ali məktəbə qəbul olub. Çoox sevincli və qürurluyam. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Qardaşından sonra bizə ikinci dəfə bu sevinci yaşatdı. Var ol, yolun həmişə belə işıqlı və aydın olsun!”.

 

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin qızı Mələk Qasımova tələbələr sırasına qoşulub:

 

“Mələyimiz Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olaraq tələbə adını qazandı. Mələk, sənin mülayim və insansevər təbiətinə bələdəm və əminəm ki, bu vacib sahənin incəliklərini öyrənib, vətənimiz üçün faydalı, savadlı və vicdanlı mütəxəssis olacaqsan. Təbriklər qızım! Yolun hər zaman açıq olsun”.

 

AZƏRTAC-ın əməkdaşı Pərvanə İmanova ikinci dəfə tələbə anası adını qazanıb:

 

“Oğlum, Elcan  Məmmədli  öz istəyi ilə Azərbayccan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşqçilik fakültəsinə qəbul olub. Əlbəttə,  cox sevincilyəm, 2-ci dəfə tələbə anası olduğum üçün xoşbəxtəm”.

 

AZƏRTAC-ın digər əməkdaşı Səadət Hakıyeva da tələbələrin sevincini paylaşıb:

 

“Yolun açıq olsun, gözəl qızım. Tələbə adın mübarəkdir! Həyatda hər zaman mətin və səbirli olmağı arzu edirəm” 

 

Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmovun övladı ali məktəbə qəbul olub:

 

“Qismətimizə tələbə atası olmaq da yazılıbmış. Oğlum mənim 21 il əvvəl qapısını döydüyüm Bakı Dövlət Universitetinin tələbəsi oldu. Maraqlı, qürurlu, hədsiz sevincli hislər yaşayıram. Uca Tanrı hər kəsə gözəl qismətlər nəsib etsin. Övladı tələbə adını qazanan bütün dostları təbrik edir, balalara sağlam can, iti çalışmaq əzmi, bol-bol uğurlar arzulayıram”.

 

AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlının qızı da tələbə adını qazanıb:

 

“Mən məktəb görəndə özümdən asılı olmadan sevinən, fərəh hissi keçirən adamam. Dövlət İmtahan Mərkəzi  hər il qəbul imtahanlarının nəticələrini açıqlayanda tələbə adını qazanan gənclərimiz, onların valideynləri qədər sevinc içində oluram. Bu gün isə xüsusən xoşbəxtəm, ona görə ki, DİM-in açıqladığı nəticələrə görə, tələbə adını qazananlar içərisində qızım da var. Nuray Şahsuvarlı ABŞ-ın Corciya Universiteti ilə birgə proqram əsasında ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsində, "menecment" ixtisası üzrə ingilis dilində təhsil alacaq. Tanrı bu cür xoşbəxt günləri bizim ailəmiz də daxil olmaqla millətimizə çox görməsin!”.

 

Jurnalist Alim Elburusun qardaşı qızı da ali məktəbə qəbul olunub:

 

“Nəhayət, çəkilən əziyyətin nəticəsini gördük. Çox şükür, qara qızım istədiyi ixtisasa qəbul oldu! Azərbaycan Dillər Universitetinin tələbəsidir. Yorğun və yuxusuz gecələrin nəticəsində tələbə adını qazandı, qara qızım! Tələbə adını mübarək olsun, balam!”.

 

Space TV-nin əməkdaşı Zamira Dadaşovanın oğlu İlkin Dadaşov tələbələr sırasına qoşulub:

 

“Bəzən insandan soruşurlar ki,  xoşbəxtlik nədir? Dünən hər şeyə rəğmən xoşbəxtəm dediyim gün oldu. Oğlum su polosu üzrə yeni water poloya gedir. İllərdir ki, bu sahədədir. Azərbaycan millisində oynayır. Arzusu İdman Akademiyasına qəbul olmaq idi. Yalnız attestat imtahanı verdi. Digər imtahanlarda iştirak etmədi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi ve İdman Akademiyasına seçdiyi ixtisasa - Məşqçiliyə daxil oldu. 7 ildir ki , su polosuyla məşğuldur. Xoşbəxtəm, bu hissi sözlə izah etmək mümkünsüzdür”.

 

Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovun övladı tələbələr sırasındadır:

 

“Vətən Müharibəsində olan zaman ən çox zəng edən, mənə ürək-dirək, həm də tələbə olacağına söz verən igidim Memarlıq və İnşaat Universitetinin Sənaye mühəndisliyi fakültəsinə daxil olub. 4 il dövlət sifarişi əsasında oxuyacaq. Təbrik edirəm!”.

 

Azərbaycan Televiziyasının əməkdaşı Əli Rzayev tələbələrin sevincini bölüşüb:

 

“Bizim Ləman da Bakı Dövlət Universtetinin Fizika fakültəsinə qəbul olunub. Allaha şükürlər olsun!”

 

Vətəninfo.az-ın baş redaktoru Nahid Canbaxışlının qızı Fidan Canbaxışlı tələbə adını qazanıb:

 

“Şükürlər olsun, qızım Fidan Bakı Slaviyan Universitetinin İbtidai sinif müəlliməliyinə qəbul olunub. Çox xoşbəxt və sevincliyik”.

 

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı da bu günün sevincindən pay götürüb:

 

“Ailəmizdəki nəvələr bir-bir ADA-lı olur. Qardaşımın oğlu Toğrul Mahmudlu tələbə adını qazandı. Sevincimizi bölüşürəm”.

 

Jurrnalist Vəfa Allahverdiyevnın bacısı qızı onun yolunu davam etdirəcək:

 

“Nəslimizdə ikinci jurnalist! Bacım qızı davamçım oldu. Doğrudur, jurnalistikanın çox böyük problemləri var. Amma Jurnalistika fakültəsində çox gözəl mühit var, müəllim - tələbə dostluğu var, demokratik ab-hava var, buna görə bu fakültədə oxumağa dəyər! Uğurlar bütün tələbə adını qazananlara!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı