Modern.az

Rusiya milyarderləri

Rusiya milyarderləri

Təhsil

15 Fevral 2010, 13:06

“Finans” jurnalı 2010-cu il üçün Rusiyanın ən varlı adamlarının siyahısını dərc edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilin reytinq nəticələrinə görə siyahıya Novolipetsk metallurgiya kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisin başçılıq edir. “Finans”ın versiyasına görə, Lisinin var-dövləti  18.8 milyard dollar təşkil edir. Lisin ötənilki siyahıda isə 3-cü yeri tutub.  Jurnal qeyd edir ki, Lisin milyarderlər siyahısında “qara at”dır.

 

Siyahıya görə, Rusiyanın  ikinci ən varlı adamı  “Oneksim” şirəktlər qrupunun prezidenti Mixail Proxorovdur.  Onun sərvəti 17.85 milyard dollardır.  “Finans”ın siyahısında 3-cü yerdə 17 milyard dollarla  çukotkalı Roman Abramoviç gəlir. Onun varidatı “Çelsi” klubunu az 100 il saxlamağa imkan verəcək.   

“Finans”ın onluğunda  azərbaycanlı iş adamı, «Lukoyl»un prezidenti Vahid Ələkbərov səkkizincidir. Digər milyarderlərin adları:

 

4. Süleyman Kərimov – 14.5 milyard dollar

5. Mixail Fridman – 14.3 milyard dollar

6. Oleq Deripasa – 13.8 milyard dollar

7. Alişir Usmanov – 12.4 milyard dollar

8. Vahid Ələkbərov – 10.65 milyard dollar

9. Aleksey Mordaşov – 10 milyard dollar

10. Vladimir Potanin – 9.95 milyard dollar.

 

“Finans” jurnalı qeyd edir ki, liderlər dəyişir. Siyahının əvvəlinə isə aktivləri sovet dövründə və 90-cü illərin əvvəllərində özəlləşdirmə zamanı formalaşmış imkanlı adamlar keçir. “Onların sərvəti o qədər nəhəngdir ki, indiki biznesmenlər onlarla heç cür ayaqlaşa bilməzlər”,-deyə “Finans” qeyd edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü