Modern.az

Türkiyə Avropa futbol çempionatına ev sahibliyi edə bilər

Türkiyə Avropa futbol çempionatına ev sahibliyi edə bilər

Təhsil

15 Fevral 2010, 13:09

Bu gün Türkiyə 2016-cı il  Avropa futbol çempionatına ev sahibliyi ərizəsini UEFA-ya təqdim edəcək. Modern.az xəbər verir ki, ərizənin rəsmi təqdimolunma mərasimi bu gün axşam saatlarında İsveçrənin Niyon şəhərində olacaq. 2016-cı ilin futbol çempionatına ev sahibliyinə Türkiyədən əlavə İspaniya və Fransa da iddialıdır.  Mayın 28-də keçiriləcək  gizli səsvermə gedişində  UEFA EURO-2016-nın ev sahibi məlum olacaq.   UEFA EURO-2016-da ilk dəfə 24 futbol komandası iştirak edəcək. Bir ay ərzində 9 ayrı-ayrı stadionlarda  51 oyun keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu