Modern.az

“Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək” – Komitə sədri

“Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək” – Komitə sədri

5 Sentyabr 2021, 10:56

“Prezident İlham Əliyev hələ torpaqlarımız işğal altında olduğu dövrlərdə xatırladırdı ki, biz Şuşanı mütləq işğaldan azad edəcəyik. Şuşa mənfur düşməndən azad edildikdə isə dövlətimizin rəhbəri qətiyyətlə qeyd etdi ki, Şuşanı cənnətə çevirəcəyik”.

 

Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu xatırladan komitə sədri doğma şəhərimizdə görülən işlərdən söz açıb:

 

“Şuşada daimi yaşayacağıq. Prezidentimizin dedikləri bu gün əməli işdə öz əksini tapır. Erməni vandalları tərəfindən darmadağın edilmiş bu şəhər indi gülüstana çevrilməkdədir. Dövlət rəhbərinin birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu günlərdə Şuşa şəhərinə səfər etməsi, bir çox təməlqoyma və açılış tədbirlərində iştirakı, yeni vəzifələrin müəyyənləşdirilməsi, lazımi tapşırıqların verilməsi və işlərin ahəngi göstərir ki, Şuşa tez zamanda dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Şəhərdə görülən işlərin miqyası çox genişdir. Az vaxtda Şuşada Xarı Bülbül Beynəlxalq Musiqi Festivalı keçirildi.

 

İlk növbədə Şuşaya yol çəkilib, hazırda magistral yolun çəkilişi davam edir, şəhərin elektrik təchizatı bərpa edilib, yarımstansiya quraşdırılıb. Şuşaya iki tərəfdən su verilir. Üç məsciddə təmir bərpa işlərinə başlanıb. Yuxarı Gövhərağa məscidində işlər tamamlanmaq üzrədir. Natəvan bulağı bərpa olunub, "Xarıbülbül" oteli istifadəyə verildi. Heydər Əliyev Fondu bu işlərin görülməsini müvəffəqiyyətlə həyata keçirir. Vaqifin məqbərəsi, büstü yenidən açıldı. Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün büstləri mərkəzi meydanda qoyuldu. Böyük bəstəkarın abidəsi yenidən quraşdırıldı. "Qarabağ" oteli əsaslı təmir edilib, istifadəyə verildi. Şuşada Vaqif poeziya günləri yenidən təşkil olundu, keçirilən sərgilər, görüşlər indi dünyanın diqqət mərkəzindədir və düşmənlərimizin bağrını çatladır. Tez zamanda Şuşa şəhərində görülən tikinti, abadlıq, quruculuq işləri bütün dünyaya göstərir ki, Azərbaycan öz torpaqlarının sahibidir, sülhsevər insanların xoşbəxtliyi üçün çalışan dövlətdir. Azərbaycan Prezidenti vədinə, sözünə, əməlinə həmişə sadiqdir. Bu sadiqlik Azərbaycanı dünyada tanıtdırır. Torpaqlarımız bərpa olunduqdan sonra qaçqın və məcburi köçkünlər doğma yurdlarına qaytarılacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir