Modern.az

Füzuli hava limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək  

Füzuli hava limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək  

5 Sentyabr 2021, 12:59

“Füzuli Beynəlxalq Hava limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytnant Rəşad Məşədiyev bildirib.

 

"Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq çox qürurvericidir. Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür", - o deyib.

 

Qeyd edək ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında tarixi hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər