Modern.az

Qarabağa ilk uçuşu yerinə yetirən kapitan DANIŞDI

Qarabağa ilk uçuşu yerinə yetirən kapitan DANIŞDI

Qarabağ

5 Sentyabr 2021, 14:27

“Uzun illər sonra Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başladıq və hər zaman da yetirəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Füzuli Beynəlxalq Hava Limanına uçuş icra edən “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov deyib.

 

O bildirib ki, hava limanında uçuş sxemi çox əlverişli və rahatdır:

 

“Uçuş zolağı pilot üçün çox rahatdır. Uçuş zolağının kifayət qədər böyük olan eni və uzunu imkan verir ki, hava limanı çox rahat şəkildə nəhəng təyyarələri qəbul edə və yola sala bilsin. Əminəm ki, yaxın zaman ərzində Qarabağ ərazisində daha bir aerodromlara uçuşlara başlayacağıq”, - kapitan qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!