Modern.az

“Heç kimə “yaxşı işlə, tez işlə” demədik” - Selim Akbay 

“Heç kimə “yaxşı işlə, tez işlə” demədik” - Selim Akbay 

Qarabağ

5 Sentyabr 2021, 14:51

“Bu layihə bizim üçün həm çox çətin, həm də bir o qədər asan bir layihə oldu”.

 

Modern.az xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında aereportun inşası üzrə layihə meneceri Selim Akbay deyib. O bildirib ki, layihənin icrasına başlayanda burada heç nə yox idi:

 

“Hər yer minalanmışdı. Buna baxmayaraq Azərbaycan dövləti tikinti üçün lazım olan bütün zəruri addımları atdı. Ərazi minalardan təmizləndi, elektrik verildi və işə başladıq”.

 

S.Akbay əlavə edib ki, bu layihədə çalışan 1000-ə yaxın şəxs öz işini ürəklə yerinə yetirdiyinə görə işləri rahatdır:

 

“Biz burada çalışan heç bir kəsə “Yaxşı işlə, tez işlə” kimi sözlər demədik. Biz burada layihənin icrasına Türkiyə və digər ölkələrdə hava limanında çalışmış, təcrübəsi olan mütəxəssisləri dəvət etdik. Burada 12 türk firması fəaliyyət göstərir".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir