Modern.az

Nərgiz Əliyevanın namizədliyi Marneuli Bələdiyyə Məclisinə irəli sürüldü

Nərgiz Əliyevanın namizədliyi Marneuli Bələdiyyə Məclisinə irəli sürüldü

5 Sentyabr 2021, 16:09

"Vahid Milli Hərəkat" partiyası Marneuli Bələdiyyə Məclisinə majoritar və proporsional siyahısını MSK-ya təqdim edib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki,  partiya proporsional siyahıda gürcüstanlı soydaşımız Nərgiz Əliyevanın namizədliyini 3-cü sırada qeyd edib. Bununla yanaşı, partiya Marneulinin 2-ci majoritar dairəsi üzrə də Nərgiz Əliyevanın namizədliyini irəli sürüb.

 

Onun sözlərinə görə, "VMH" partiyasına qoşulmaqda əsas səbəb, ölkədə baş verən siyasi destabillik, hər sahədə mövcud olan ciddi problemlərlə mübarizə aparmaqdır:

 

"Bilirsiniz ki, uzun illərdir ictimai sektorda çalışmışam, bir sıra layihələr həyata keçirmişəm. Sistematik şəkildə əhali ilə görüşürəm, şəhərimizdə və bölgədəki problemlərdən agaham. Təssüflər olsun ki, bir çox önəmli problemlər illərdir həll edilməmiş qalır. Ümumilikdə ölkədə baş verən siyasi destabillik, hər sahədə mövcud olan ciddi problemlər hər bir vətəndaş kimi məni də narahat edir. Bu gün bu addımı Vahid Milli Hərəkatın sıralarında atmağımın səbəbi partiyaya olan inamım və ölkənin və regionun inkişafı üçün məhz bu partiyanın ideologiyasının daha uyğun olmasını düşünməyimdən irəli gəlir. O üzdən Marneulimizin inkişafına töhfəmi verib daha fəal şəkildə fəaliyyət göstərmək üçün namizədlik təklifini qəbul etdim. Şəhərimizin abadlığı, inkişafı, gənclərin gələcəyinin daha uğurlu olması, övladlarımızın sağlam şəkildə böyüməsi istiqamətində əlimizdən gələni etməyə çalışacağıq. Ümüd edirəm Marneuli əhalisi seçimini düzgün şəkildə edib öz dəstəyini əsirgəməyəcək. Mən bu şəhərin övladıyam və fəaliyyətim boyu çalışmışam xalqıma və vətənimə vicdanla xidmət edəm", - deyə N. Əliyeva bildirib.

 

Nərgiz Əliyeva həmçinin bütün namizədlərə uğurlar arzu edib və sağlam, qərəzsiz bir seçki mübarizəsi diləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi