Modern.az

Bu həftə Milli Məclisin komitə iclasları başlayır

Bu həftə Milli Məclisin komitə iclasları başlayır

6 Sentyabr 2021, 09:18

Bu həftə Milli Məclisin komitə iclasları başlayır. 

 

Modern.az xəbər verir ki, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək. Gündəliyə 2 məsələ daxil edilib. 

 

Bunlar komitənin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi və Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

 

Komitənin işlər planına iki yeni qanun layihəsi daxil edilib. Bunlar “Ali təhsil haqqında ” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və Milli Məclisin plenar iclasına tövsiyə edilməsidir. Bundan əlavə, işlər planına komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə MM-ə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı və komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması, komitədə müzakirəsinə dair məsələlərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır