Modern.az

Lütfi Zadənin oğlu özünün erotik jurnalında atasından YAZDI

Lütfi Zadənin oğlu özünün erotik jurnalında atasından YAZDI

6 Sentyabr 2021, 10:08

Bu gün görkəmli riyaziyyatçı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi Lütfi Zadənin anım günüdür.

Modern.az-ın məlumatına görə, Lütfi Zadənin oğlu Norman Zadə atasının anım günü ərəfəsində özünün sahibi olduğu jurnalın sonuncu sayında onun barəsində yazı dərc etdirib.

ABŞ-da nəşr olunan “Perfect 10” adlı jurnalda Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsindən bəhs olunub.

Bundan başqa, jurnalın bu sayında Norman Zadə özünün tərcümeyi-halının yeniləşmiş variantını da dərc etdirib.

Qeyd edək ki, Norman Zadənin naşiri olduğu “Perfect 10" jurnalı Amerikada çox populyardır.

“Perfect 10” erotik jurnalı vaxtilə məşhur “Playboy” jurnalının əsas rəqiblərindən biri olub.


Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda doğulub. O, üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib.

Lütfi  Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran kəşfi isə elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb.

Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Bu gün qeyri-səlis məntiq nəzəriyyəsi Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.

Dünya şöhrətli alimin dünyada məşhur olan qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-radio cihazların istehsalında, eləcə də super yeni, beşinci, altıncı nəsil kompüterlərin yaradılmasında mühüm rol oynayıb.


Görkəmli alim 2017-ci il sentyabrın 6-da dünyasını dəyişib, öz vəsiyyətinə uyğun olaraq Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Lütfi Zadənin həyat yoldaşı Fey Zadə də həmin il yanvarın 17-də vəfat etmişdi.

Lütfi Zadənin Stella və Norman adlı iki övladı var. Qızı Stella 2006-cı ildə 59 yaşında vəfat edib.

Məşhur alimin oğlu Norman Zadə 1950-ci ildə doğulub, hazırda 66 yaşı var. O da atası kimi Amerikada kifayət qədər tanınır. ABŞ-da onu daha çox Norm Zada adı ilə tanıyırlar.
Norman informatika sahəsi üzrə riyaziyyatçı alimdir, eyni zamanda peşəkar poker oyunçusudur. Bundan başqa, o, həm də vəkil və media maqnatıdır.

Norman Zadə qeyd etdiyimiz kimi, pokerin dərin bilicisidir. O qədər dərin ki, hətta poker oyunu haqqında 1974-cü ildə kitab da yazıb - “Uduşlu poker sistemləri” (“Winning Poker Systems”). Norman 1974-cü ildə poker üzrə yarışlarda qalib olub.

Norman Zadə naşiri olduğu “Perfect 10" jurnalını buraxmazdan öncə atasının işlədiyi yerdə - Kaliforniyanın Berkli Universitetində professor kimi çalışıb, eyni zamanda Stenford və Kolumbiya universitetlərində dərs deyib. Tətbiqi riyaziyyat üzrə ixtisaslaşan Norman Zadənin poker bilicisi kimi yazdığı “Uduşlu poker sistemləri” kitabı qumar oyunlarının həvəskarları üçün bələdçi rolunu oynayır.

Norman Zadə 2010-cu ildə Beverli Hilsdəki malikanəsini 16,5 milyon dollara satıb. “Qremmi” və “Emmi” mükafatlarının laureatı Coan Rivers onun sevgilisi olub.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir