Modern.az

Jurnalistlər Xudavəngdə - FOTOLAR

Jurnalistlər Xudavəngdə - FOTOLAR

Qarabağ

6 Sentyabr 2021, 12:04

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Kəlbəcərdə olub.

 

Modern.az xəbər verir ki, rayonun bir sıra vacib nöqtələrinə gedən jurnalistlər “Xudavəng” məbədi ərazisinə də baş çəkiblər.

 

Özünü cavabdeh şəxs kimi təqdim edən “İlya” adlı rus əsgər komandanlığın əmrinə əsasən, içəri heç kimi buraxa bilməyəcəyini söyləyib.

 

Bununla belə onlar foto-videoların kənardan çəkilməsinə mane olmayıblar.

 

“İçəridə erməni keşişlər varmı?” sualına sülhməramlı, - “var”, cavabı verib. Məbəddə iki erməni keşişin olduğu deyilsə də, onları müşahidə etmək mümkün olmayıb.

 

Xatırladaq ki, bundan əvvəl erməni keşişlərin Xudavəngi tərk etdiyi söylənilirdi və bunu erməni tərəfi də təsdiqləyirdi.

 

Xudavəng IX alban abidəsidir. Azərbaycanın alban irsinə məxsus məbəd Kəlbəcər işğal olunandan sonra erməniləşdirilib.

 

Ermənilər kilsəyə aid xaç və yazıları balta ilə çaparaq yox edib, beləliklə, tarixi saxtalaşdırmağa çalışıb.

 

Hazırda ərazi Rusiya sülhməramlıları tərəfindən mühafizə olunur.

 

Kəlbəcərdən digər maraqlı məlumatlar olacaq.

 

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür