Modern.az

Emin Əmrullayev sualları cavablandıracaq - Qərar sabah açıqlanacaq

Emin Əmrullayev sualları cavablandıracaq - Qərar sabah açıqlanacaq

6 Sentyabr 2021, 13:30

Sabah Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı qərarı açıqlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

 

C. Valehov özünün sosial şəbəkə hesabında “Dərslərlə bağlı nazir nə zaman danışacaq?” sualına “sabah” deyə cavab verib.

 

Qeyd edək ki,  ictimaiyyət nümayəndələri, jurnalistlər və vətəndaşlar sosial şəbəkə hesablarında təhsil naziri Emin Əmrullayevin yeni tədris ili bağlı brifinq keçirməsini və  yeni qaydaları açıqlamasını tələb ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir