Modern.az

Laçın dəhlizindən Qarabağa gələnlər arasında turistlər də var

Laçın dəhlizindən Qarabağa gələnlər arasında turistlər də var

6 Sentyabr 2021, 14:52

Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi hissəsinə xarici turistlər də səfər edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust aylarında Laçın dəhlizi vasitəsilə Qarabağa 2560 əcnəbi turist gəlib. Onlar arasında Rusiya vətəndaşları 90%-dən çox olub.

 

Bundan başqa, ABŞ, İran, Ukrayna və Fransa vətəndaşları da Qarabağa gələnlər arasındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!