Arxiv
6 Sentyabr 2021, 15:16 | HADİSƏ
Azərbaycanda sağalanlar yoluxanları üstələdi - 37 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 37 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 445278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 386549 nəfər müalicə olunaraq sağalıb, 5879 nəfər vəfat edib, aktiv xəstə sayı 52850 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11550 hazırkı dövrədək isə 4563070 test aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv