Modern.az

Ölkəmizdəki miqrantlar koronavirusa yoluxmur? - Rəsmi CAVAB

Ölkəmizdəki miqrantlar koronavirusa yoluxmur? - Rəsmi CAVAB

Aktual

6 Sentyabr 2021, 17:35

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən təşkil edilən qanunsuz miqrantların saxlama mərkəzlərində koronavirusa yoluxma faktı aşkarlanmayıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, qurumun mətbuat katibi Elnur Kələntərli məlumat verib.

 

DMX rəsmisi qeyd edib ki, əcnəbi miqrantların yerləşdirildiyi sığınacaqlarda pandemiya ilə əlaqədar təhlükəli durum qeydə alınmayıb.

 

Xatırladaq ki, 2021-ci ilin ilk 6 aylıq statistikasına əsasən, qanunsuz miqrantların saxlama mərkəzlərində 49 nəfər miqrant yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir