Modern.az

“Şahdəniz”dən 3,7 milyard dollar əldə edilib

“Şahdəniz”dən 3,7 milyard dollar əldə edilib

6 Sentyabr 2021, 19:11

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 130 milyon 137 min ABŞ dolları olub.

 

Bu barədə Modern.az-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

 

Qeyd olunub ki, o cümlədən, 8 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.

 

2007-ci ildən cari il sentyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 797 milyon dollar olub.

 

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəlirləri 293,9 milyon dollar təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?