Modern.az

Universitet müəllimi vəfat edib

Universitet müəllimi vəfat edib

Allah rəhmət eləsi̇n

7 Sentyabr 2021, 09:09

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının dosenti Tofiq Hasilov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun tələbələri bildiriblər.

Tofiq Hasilov 1964-cü ildə Ağsu rayonundakı orta məktəbi bitirib.

1964-1968-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb.

1972-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti baş müəllim, dosent, dekan müavini, dekan əvəzi vəzifələrində işləyib.

1969-1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı olub. İqtisad elmlər namizədi alimlik dərəcəsi alıb.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.

Allah rəhmət eləsin.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir