Modern.az

“Hazırkı şəraitdə Zəngəzur dəhlizinin açılması mümkün deyil” – Rusiyalı politoloq

“Hazırkı şəraitdə Zəngəzur dəhlizinin açılması mümkün deyil” – Rusiyalı politoloq

Qərbi Azərbaycan

7 Sentyabr 2021, 12:31

“Rusiya ilə Ermənistan və Rusiya ilə Azərbaycan arasında siyasi və diplomatik yanaşmada fikir ayrılıqları müşahidə olunur”.

 

Modern.az xəbər verir ki, bu barədə “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru, politoloq Fyodor Lukyanov söyləyib.

 

Ekspert hər üç tərəfin Qarabağ və regional kommunikasiyaların açılması məsələsində fərqli yanaşma sərgilədiyin düşünür.

 

“44 günlük müharibədən keçən təxminən 1 il ərzində regionda hələ də həlli mümkün olmayan ziddiyyətlər var. Periodik olaraq, buna əlavə problemlər: Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiyası, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, Gürcüstanın regional nəqliyyat deblokadasına qoşulmaması və s. daxildir. Bütün bu amillər Cənubi Qafqazda nəqliyyat komunnikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılmasını mümkünsüz edir”- deyə Lukyanov söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü