Arxiv
7 Sentyabr 2021, 16:41 | HADİSƏ
Azərbaycanda “Mu” ştammına yoluxanlar var? - AÇIQLAMA

Hazırda dünyada COVID-19-un “Britaniya”, “Delta”, “Delta+” varinatları iə yanaşı, “Mu” ştammı da yayılmaqdadır.


Azərbaycanda xəstələr arasında “Mu” ştammına yoluxanlar varmı?


Ümumiyyətlə, bu ştammları müəyyən etmək üçün hansı analizlər götürülür, hansı laborator müayinələr aparılır? Adi PZR testilə yoluxmanın hansı ştamm olduğu bilinirmi?


Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev
Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda koronaviruslu xəstələr arasında “Delta” ştammına yoluxanlar üstünlük təşkil edir.


A.Rzayev qeyd edib ki, müvafiq yoxlamalarda hələ ki yeni ştamm “Mu” aşkar edilməyib.


Onun sözlərinə görə, analizlər ilkin PZR testində pozitiv olaraq aşkar edilmiş şəxslərin daha sonrakı mərhələlərdə virus genomunun ardıcıllığının analizi ilə təyin edilir:


“Ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şüphəli bilinən bütün nümunələr daimi toplanılaraq analiz edilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv