Modern.az

Cəmil Babayev iki erməni hərbçi ilə dəyişdirildi 

Cəmil Babayev iki erməni hərbçi ilə dəyişdirildi 

Qarabağ

7 Sentyabr 2021, 20:24

Ağdərədə tutulan Azərbaycan ordusunun hərbçisi Cəmil Babayev Bakıda saxlanılan iki erməni hərbi qulluqçu ilə dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat  yayıb.

 

Bildirilib ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradov erməni əsirləri qaytarmaq üçün Bakıya gəlib.

 

Təyyarənin təxminən bir saat sonra İrəvana çatması planlaşdırılır.

 

İrəvana qaytarılan erməni hərbçilər Artur Nalbandyan və Aramais Torozyandır. Onlar bu ilin 14 iyulunda Ermənistanın Sünik bölgəsində "itən" hərbçilərdir.

 

Qeyd edək ki, Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Ağdərə ərazisinə keçmişdi.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!