Arxiv
8 Sentyabr 2021, 15:00 | HADİSƏ
Əsgərimiz özünü güllələyib - Baş Prokurorluq məlumat yaydı - FOTO

6 sentyabr 2021-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.


Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və  zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv