Modern.az

İlkin Həsəni “Space” TV-yə keçdiyini TƏSDİQLƏDİ

İlkin Həsəni “Space” TV-yə keçdiyini TƏSDİQLƏDİ

Media

8 Sentyabr 2021, 17:43

Tanınmış teleaparıcı-aktyor İlkin Həsəni yeni mövsümdən “Space” televiziyasında fəaliyyət göstərəcəyi barədə xəbəri təsdiq edib.

Modern.az-ın məlumatına görə, İ.Həsəni düz 20 il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi kimi fəaliyyətə başladığı “Azad Azərbaycan” teleşirkətindən ayrıldığını bildirib:


“2001-ci ilin payızında ilk canlı yayım, ilk efir həyəcanı və s. Daha sonrasını isə tamaşaçılarım bilir, ATV-də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. ATV-də 4 rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm... İl oldu 2013 və mən mənim üçün çox böyük önəm kəsb edən "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında çox danışmaq istəmirəm. Hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir TV olub, o da ATV kanalı. Çox təəsüf ki, bu kanalla yollarımızı ayırlamlı olduq, yeni yayım kanalımız bu ilin oktyabrdan etibarən “Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz, “Zita və Gita”sız “Space”.  Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür