Modern.az

Qarabağın bərpasında bankların rolu  

Qarabağın bərpasında bankların rolu  

8 Sentyabr 2021, 17:59

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondunda Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında paylaşım edib.

 

Nazir bildirib ki, görüşdə dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələlərini müzakirə olunub.

 

"Dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər", - nazir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü