Modern.az

Azərbaycan iqtisadiyyatı 4% böyüyəcək

Azərbaycan iqtisadiyyatı 4% böyüyəcək

8 Sentyabr 2021, 20:05

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları olduğu halında cari ildə ölkədə ÜDM-in real artımı 4,6%, 2022-ci ildə 4%, 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7%, 2025-ci ildə isə 3,1% təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu il nominal ÜDM-in həcminin 82,3 mlrd. manat səviyyəsində, təkcə qeyri-neft ÜDM-in artımının isə 5,2% artaraq 55,1 mlrd. manat olacağı proqnozlaşdırılır.

 

Proqnozlara əsasən ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 mlrd. manat, 2025-ci ildə isə 102,6 mlrd. manata qədər artacağı gözlənilir.

 

Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcək: “İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2025-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,9%-ə, neft sektorunun payının isə 27,1%-ə bərabər olacağı proqnozlaşdırılır".

 

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir