Modern.az

"Gənc Liderlər" "e-mail hücum" təşkil edib

"Gənc Liderlər" "e-mail hücum" təşkil edib

15 Fevral 2010, 15:08

"Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı (UGT) elan etdiyi "Xocalı ayı" çərçivəsində bu gün "e-mail hücum" təşkil edib. Bu barədə məlumat verən "Gənc Liderlər"  UGT-nin sədri Fərid Şahbazlı deyib ki, "e-mail hücum" çərçivəsində təşkilatın onlarla üzvü 2 min qədər dünya miqyasında nüfuzu olan şəxslərin ünvanına Xocalı faciəsi, hadisə zamanı baş verən vəhşliklərdən bəhs edən ingilis dilində material  göndərib. Göndərilən məlumatlarda Xocalı soyqrımının tarixi, nəticələri və günahkarları barədə ətraflı informasiya öz əksini tapıb.

Məlumatların  göndərildiyi ünvanlar arasında müxtəlif beynəlxalq təşkilatlar, ABŞ, Avstriya, Rusiya, İsrail, Almaniya parlamentlərinin deputatlarının ünvanları, dünyanın müxtəlif gənclər təşkilatlarının elektron poçtları var. "Gənc Liderlər" bu cür təbliğatı "Facebook" sosial şəbəkəsi vasitəsi ilə də davam etdirəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir