Modern.az

“Azərsu”da YAP-ın vəsiqələri paylanılıb

“Azərsu”da YAP-ın vəsiqələri paylanılıb

5 Noyabr 2012, 15:31

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq partiyanın ölkənin ictimai-siyasi həyatında misilsiz xidmətləri olduğunu bildirib. O, deyib ki, bu gün Bakı şəhəri və Abşeron yarımadasından başqa, ölkənin 35 şəhəri və 265 kəndinin su təchizatı yenidən qurulur.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü,  Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Azərsu” ASC üzrə ilk ərazi təşkilatının sədr müavinləri Etibar Məmmədov və Heydər Abbasov, partiya üzvü Nərgiz İlyasova ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışıblar.

Tədbirin sonunda partiya sıralarına qəbul edilən 24 nəfərə üzvlük vəsiqələri təqdim olunub.

“Azərsu”dan verilən məlumata görə, hazırda Səhmdar Cəmiyyətin 2520 nəfər işçisi və ya kollektivin hər 4 üzvündən biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Bunların 450 nəfəri isə son bir ildə partiya sıralarına qəbul olunublar.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi