Modern.az

“İki ssenari var: ya müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”

“İki ssenari var: ya müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”

9 Sentyabr 2021, 09:54

Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “xin rəhbəri” David Babayan deyir ki, 44 günlük müharibədən sonra Qarabağ erməniləri tədricən sosial-iqtisadi, psixoloji mənada ayağa qalxmağa çalışır, lakin risklər hələ qalmaqdadır.

“Çətin müharibədən sonra Qarabağda həllini gözləyən çoxsaylı məsələlər var”.

Babayanın sözlərinə görə, Qarabağla bağlı məsələnin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqlar bərpa olunmalıdır. O, bu kontekstdə İrəvanda ATƏT-in Minsk qrupunun yeni rusiyalı həmsədrinin Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyanla görüşünü çox vacib addım adlandırıb.

Babayan bildirib ki, Rusiya sülhməramlıların Qarabağda olması ermənilər üçün təminatıdır.

“Rusiya ordusu böyük işlər görür və onların çıxıb getməsi Qarabağ məsələsin tam həll olunanda baş verə bilər”

David Babayan deyir ki, Qarabağlıa bağlı hadisələr iki ssenari üzrə inkişaf edə bilər:


“Ya çoxsaylı insan təlafatı ilə nəticələnəcək müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”.


Separatçı rejim nümayəndəsinin dediklərinə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, birinci ssenarinin perspektivi zəifdir:

“Kiçikçaplı əməliyyatlar ola bilər. Proseslər daha çox ikinci ssenari üzrə gedir: ermənilər bölgəni tərk edirlər”.

Ekspert deyir ki, Babayanın separatçı-terrorçu rejim üçün mənfi ssenariləri dilə gətirməsi Rusiyadan, Ermənistandan və erməni diasporundan daha çox dəstək əldə etmək məqsədi daşıyır.

“Və bu, həm də separatçıların çətin vəziyyətdə olduğuna da dəlalət edir”.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi