Arxiv
9 Sentyabr 2021, 10:10 | İQTİSADİYYAT
Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda qeyd olunub.

 

Maliyyə Nazirliyinin məlumatına görə, bu, gələnilki büdcə xərclərinin 6,6 faizi deməkdir.

 

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13 faiz azalacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv