Modern.az

Qarabağda açılacaq kitabxanalar üçün yeni layihə başlayıb

Qarabağda açılacaq kitabxanalar üçün yeni layihə başlayıb

Diaspor

9 Sentyabr 2021, 10:27

“Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.

 

Modern.az xəbər verir ki, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır. Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra həmin kitablar işğaldan azad edilmiş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.

 

Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq.

 

Koordinatorun sözlərinə görə, artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1000-dən artıq kitab toplayıblar.

 

Layihəyə //www.facebook.com/KarabakhIsAzerbaijan1/ üzərindən qoşulmaq olar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər