Azərbaycan Respublikasının Koreyadakı səfiri Rövşən Cəmşidov “Seul şəhərinin fəxri vətəndaşı” adı ilə təltif olunub. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Seul meriyasının qərarında qeyd edilir ki, fəxri ad Azərbaycanla Koreya arasında münasibətlərin genişləndirilməsinə, o cümlədən mədəni mübadilə sahəsindəki xidmətlərinə, bir sıra mədəni tədbirlərin təşkil olunmasına və hər il keçirilən Seul Dostluq Sərgisində Səfirliyin fəal iştirakına görə R. Cəmşidova verilir.