Modern.az

Komitə sədrindən Ramiz Göyüşovun videosuna reaksiya: “Əslində belə deyil”

Komitə sədrindən Ramiz Göyüşovun videosuna reaksiya: “Əslində belə deyil”

Aktual

9 Sentyabr 2021, 15:49

“Yeni Azərbaycan Partiyasının (YAP) hər bir üzvü öz davranışı, əməli və gördüyü işlərlə başqalarına nümunə olmalıdır”.

 

Bunu Modern.az-a YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun intim görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.

 

Komitə sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının nizamnaməsi, üzvlərin tutduğu mövqe və vəzifə nizam-intizam tələb edir:

 

“Lakin müəyyən vəzifəli şəxslərin, partiya üzvlərinin belə hallara yol verməsi tək YAP üzvləri deyil, ictimaiyyət tərəfindən də qınaq obyektinə çevrilir. O demək deyil ki, YAP öz mövqeyində müəyyən sapmalara yol verir. Əslində belə deyil. Bu, insanların psixologiyası, davranışı və hərəkətləridir. Belə məsələlər cəmiyyətin özü tərəfindən də nizamlanmalıdır.

 

Ramiz Göyüşovu fəal insan kimi uzun müddətdir tanıyırdım. Amma yenə deyirəm ki, partiyanın nizamnaməsindən irəli gələn tələblər hər bir üzv üçün qanundur. Hər bir partiya üzvü bilməlidir ki, o cəmiyyətə, insanlara xidmət üçün, onların mənafeyinin qorunması, dövlətə qulluq etmək üçün Yeni Azərbaycan Partiyasının sıralarına qoşulub. Partiyamızın sıralarında çox qabiliyyətli, bacarıqlı, vətənini, xalqını sevən insanlar var. Təbii ki, partiyanın adı və gələcəyi üçün onların önə çəkilməsi çox vacibdir”.

 

(Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev)

 

Qeyd edək ki, sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun xoşagəlməz videogörüntüləri yayılıb. İctimai qınağa tuş gələn R.Göyüşov mediaya açıqlamasında həmin videonun qurama olduğunu deyib.

 

Onu da bildirək ki, YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında R.Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı