Modern.az

Peyvənd olunmayan təhsil işçilərinin siyahısı hazırlandı

Peyvənd olunmayan təhsil işçilərinin siyahısı hazırlandı

Təhsil

9 Sentyabr 2021, 17:31

Sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçiləri məktəbə buraxılmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, artıq təhsil işçilərinin siyahıları hazırlanıb və məktəblərdə ciddi monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

 

Bundan əlavə, nazir müavini, məktəblərdəki peyvənd məntəqələrinin ləğv edilməsinə də münasibət bildirib.

 

“Həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır. Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”, - deyə R.Ağayev vurğulayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır