Modern.az

Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığında yeni TƏYİNATLAR

Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığında yeni TƏYİNATLAR

Qarabağ

9 Sentyabr 2021, 17:47

Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığına yeni təyinatlar olub.

Modern.az xəbər verir ki, bu təyinatlarla bağlı qərar avqustun 25-də Türkiyə Yüksək Hərbi Şurasının toplantısında verilib və həmin vaxt da Türkiyə mediasında, o cümlədən "Yeni Şafaq" qəzetində dərc edilib.

Təyinatlar aşağıdakı kimidir:

- Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb;

- General Abdulla Qatırçı Azərbaycan Xidmət Qrupu Komandanlığının Ortaq Mərkəz Komandanlığına (Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi) təyin edilib;

- General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib;

- General Zəkəriyyə Yalçın Türkiyənin Bakıdakı hərbi attaşesi təyin edilib.


Yeni təyinatları şərh edən ekspert Asif Nərimanlı bildirib ki, bunlar arasında Bəxtiyar Ersay xüsusilə diqqət çəkir:


"Məlumatlara görə, müharibə dövründə general Ersay zaman-zaman Azərbaycanda olub".


O xatırladıb ki, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığı Azərbaycan Ordusunun yenidən qurulmasında iştirak etmək, müştərək təlimlər keçirilməsi məqsədilə yaradılıb. Komandanlıq minaların təmizlənməsi işində də iştirak edir.


"Yeni təyinatlardan (25 avqust) sonra Azərbaycan-Türkiyə hərbi təlimlərinin intensivləşməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ilk təlim və bunun məhz Laçında keçirilməsi diqqət çəkir",-siyasi şərhçi bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır