Arxiv
9 Sentyabr 2021, 18:02 | DİASPOR
“Qarabağ” məktəbləri: Ermənilər Diaspor Komitəsinin ideyasını OĞURLADI

Ermənilər növbəti dəfə Azərbaycandan ideya oğurluğu həyata keçiriblər.

 

Modern.az xəbər verir ki, Azərbaycan diasporunun Qərb ölkələrində artan gücü, Diaspor Komitəsi ilə yerli azərbaycanlı icmaların koordinasiyalı fəaliyyəti erməniləri də hərəkətə keçirib.

 

Onlar Diaspor Komitəsinin bir neçə ildir uğurla həyata keçirdiyi “Qarabağ” həftəsonu məktəblərinin ideyasını oğurlayıblar.

 

Belə ki, Ermənistan Diaspor komissarlığı ilə Fransadakı erməni diasporu “Nur” məktəb şəbəkəsi yaratmağa başlayıb. Həftəsonu fəaliyyət göstərən məktəblərdə erməni dili tədris olunacaq, müxtəlif mədəni tədbirlər, müsabiqə və festivallar həyata keçiriləcək.

 

Fransadakı “Nur” məktəblərinin yaradıcısı Sona Sureken Sunqulyan yaxın vaxtlarda eyniadlı məktəbin Avtriyanın Klagenfurt şəhərində açılacağını elan edib.

 

Xatırladaq ki, Diaspor Komitəsinin və yerli azərbaycanlı icmaların təşəbbüsü ilə Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb. “Qarabağ” məktəbləri və “Azərbaycan ev”lərin gələcəkədə daha bir sıra ölkələrdə açılması planlaşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv