Modern.az

Qəzetlər rəngini dəyişir, bəs keyfiyyət... – Baş redaktorlardan REAKSİYA

Qəzetlər rəngini dəyişir, bəs keyfiyyət... – Baş redaktorlardan REAKSİYA

Media

10 Sentyabr 2021, 10:04

Dünyada ənənəvi çap mediasından imtina tendensiyası davam edir. Qəzetlər çap versiyasından imtina edərək, “onlayn” variantda fəaliyyətə keçir. Ölkəmizdə də anoloji proses müşahidə olunur. Əvvəlki onilliklərlə müqayisədə köşklərdən qəzet alanların sayı barmaqla sayılacaq qədər azalıb. Bir vaxtlar yüksək tirajla çap olunan qəzetlər indi satış həyata keçirə bilmir.


Əksər qəzetçilər “onlayn” medianın, xüsusilə də sosial şəbəkələrin sürətli inkişafını çap mətbuatını tənəzzülə salan səbəb göstərirlər.


Əgər belədirsə, texnologiyanın kifayət qədər inkişaf etdiyi qardaş Tükiyədə niyə qəzetçilik ənənəsi yaşayır?


“İki sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə çap mətbuatında ciddi dəyişikliklərə ehtiyac olduğunu deyir. Baş redaktor Modern.az-a açıqlamasında deyib:


“Hesab edirəm ki, ümumiyyətlə mətbuatda dəyişikliklərə ehtiyac var. Artıq zaman, dövr dəyişdikcə, media sahəsində yeniliklərə zərurət yaranır. Xüsusilə çap mediasında başlıca şərtlərdən biri yazıların həcminin, keyfiyyətinin, başlıqların yüksək səviyyədə, dizaynda tərtibatı məsələsi önə keçir.

 

Artıq uzun müddətdir ki, rəsmi formatda çap olunuruq. Qəzeti bu formatda daha da müasirləşdirmək lazımdır. Eyni zamanda, digər ölkələrin media qurumlarının təcrübəsindən bəhrələnmək və bunu özümüzdə tətbiq etmək çox vacibdir.

 

Oxucunu yazıların tərtibatı, başlıqların maraqlı seçilməsi və bütövlükdə rəng çalarları ilə cəlb etmək olar. Bu barədə bizim qəzetimiz artıq işlərə başlayıb, müəyyən dəyişikliklər etmişik. Bizim əsas məqsədimiz oxucunu yormamaq üçün yazıların həcmini azaldıb, keyfiyyətini artırmaqdır. Düşünürəm ki, bu yeniliklər oxucular tərəfindən çox müsbət qarşılanacaq”


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, yeniliklər etməyə, müasir dövrün tələblərinə cavab verməyə çalışırlar:


"Yeni mövsümə hazırlıq işlərini əvvəlcədən planlaşdırmışdıq. Yeniliklər etməli və qəzetin dizayn işinə yenidən baxmalıyıq. Çünki bildiyimiz kimi, “onlayn” media çap mediasını həddən artıq üstələyib. Hazırda qəzetlərin reklam alma, satış imkanları çox aşağı səviyyədədir. Medianın İnkişafı Agentliyi ilə bağladığımız müqavilə ilə biz yeniliklər etməyə, müasir üsluba uyğunlaşmağa çalışırıq. Artıq bu gündən etibarən saytımız yeni versiyada təqdim olunacaq. Gələcəklə bağlı Youtube kanalını da inkişaf etdirməyi düşünürük. Yeniliklər barədə planlarımız çoxdur”.

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi