Modern.az

Eldar Həsənov məhkəməsinin niyə qapalı keçirilməsini istəyir…

Eldar Həsənov məhkəməsinin niyə qapalı keçirilməsini istəyir…

10 Sentyabr 2021, 12:46

Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.


Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində artıq ittiham aktı elan olunub.

 

Qeyd edək ki, məhkəmə prosesinə çox az sayda jurnalist buraxılır.



Eldar Həsənovun özü isə məhkəməsinin jurnalistlərin iştirakı olmadan qapalı keçirilməsini istəyir.


O, dünənki prosesdə bu haqda vəsatət qalıdırb.

 

E.Həsənov bunun səbəbini izah edərkən deyib ki, ona verilmiş ittihamlarla bağlı danışacaqları ölkənin beynəlxalq imicinə zərbə vura, səfir işlədiyi dövlətlərin siyasi liderlərinin Azərbaycana münasibətinə təsir göstərə bilər.

 

Lakin prokuror cinayət işinin materiallarında dövlət sirri təşkil edən məlumatların olmadığını vurğulayaraq, məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edib.

 

Hakimlər kollegiyası da vəsatəti təmin etməyib.

 

E.Həsənov isə deyib ki, proses qapalı keçirilmirsə, bu halda kənara sızacaq məlumatlara görə də məhkəmə məsuliyyət daşıyacaq.

 

Növbəti proses sentyabr ayının 13-nə təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?