Modern.az

Sülhməramlılar 2025-ci ildən sonra da Qarabağda qalacaq? - General Muradovdan İDDİA

Sülhməramlılar 2025-ci ildən sonra da Qarabağda qalacaq? - General Muradovdan İDDİA

10 Sentyabr 2021, 12:57

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri, general-leytenant Rüstəm Muradov yeni açıqlama verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dağıstanın Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüş zamanı Muradov sülhməramlı kontingentin Qarabağda yerləşmə müddətinin uzadılacağını iddia edib.

 

“Rusiya sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Bəzi çox çətin məsələlər də var, amma insanların qayıdışı, digər problemlər həllini tapır. Ona görə də hər şeyin yaxşı olacağını düşünürəm. Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”.

 

Xatırıladaq ki, 2020-ci il noyabırn 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya əsasən, Qarabağda 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir