Modern.az

“Paşinyan erməni xalqına deyil, xarici ölkələrə xidmət edir”

“Paşinyan erməni xalqına deyil, xarici ölkələrə xidmət edir”

Aktual

10 Sentyabr 2021, 13:20

“Ermənistan hakimiyyətində təmsil olunanların söylədikləri fikirlər, irəli sürdükləri təkliflər, gəldikləri müxtəlif qənaətlər bu dövlətin hələ də vahid siyasi platformaya malik olmadığını göstərir”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

 

Deputat Ermənistanın rəhbər şəxslərinin fikir ayrılığına toxunub və bu dövlətin qeyri-müəyyən siyasətinin region üçün fəsadlarından danışıb:

 

“Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından, Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsindən, sülh müqaviləsindən, Zəngəzur dəhlizinin vacibliyindən söz açıb, üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsini gündəmə gətirdiyi halda, bu dövlətin xarici işlər naziri Qarabağın “statusu”, burada yaşayan millətçilərin öz müqəddəratını təyin etməsindən danışır. Bəzi millətçi siyasətçilər revanş fikrini ortaya atırlar. Bu ikili oyunların, düşünülməmiş siyasətin nəticəsidir. Paşinyan və komandası hələ də öz mövqeyini dəqiqləşdirə bilməyib. Onlar Qərbə, Avropaya, eləcə də Rusiyaya meyl etməklə dəqiq yol seçə bilmirlər. Ona görə, bir çox dövlətlərin təsirləri və tapşırıqları arasında çaş-baş qalıblar. Bütün bunlar isə Ermənistanın onsuz da acınacaqlı olan vəziyyətini daha da çətinləşdirir. Xarici dövlətlər Ermənistan üzərində öz mənafelərini təmin etməyə çalışdıqları halda Ermənistan rəhbərliyi bu gedişləri düzgün dərk edib, obyektiv qiymətləndirməyə və ağır vəziyyətdən nəticə çıxarmağa qadir deyil. Çünki rəhbərlikdə təmsil olunanlar Ermənistana, erməni xalqına deyil, ayrı-ayrı xarici ölkələrə xidmət edir, onların göstərişləri ilə hakimiyyətə gətirilən şəxslərdir. Hakimiyyətin faciəsi və xarici təsir altına düşməsi də məhz buradan qaynaqlanır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar